Bizi postsovet məkanında ən etibarlı tərəfdaş olan Azərbaycanla münasibətləri korlamağa məcbur edirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.
“Qərb orada ən böyük logistika layihəsinin – Avropaya yüklərin daşınması xərclərini əhəmiyyətli dərəcədə azaldacaq Şimal-Cənub nəqliyyat dəhlizinin baş tutmasından məmnun deyil. Qərb Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq üçün istənilən tədbirdən istifadə edir. Alınmayacaq!” – o bildirib.