“Eyr Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə aviaşirkətin Feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilir ki, ilk aviareys artıq martın 28-də həyata keçirilib.
“Eyr Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.
Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.