Bakı ilə İrəvana dəstəyə hazırıq – Blinken

Bakı ilə İrəvana dəstəyə hazırıq – Blinken

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.

Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub.

Teqlər: