Avropa Birliyi Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv iştirak edir.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında bildirib.
“Son iki gündə Ermənistan rəhbərliyi ilə yaxşı görüşlər oldu. Mövcud inkişaf və növbəti addımlar müzakirə edildi. Mən Avropa İttifaqının sülh prosesində davamlı aktiv iştirakını vurğuladım”, – Klaar yazıb.