Avropa Birliyi (AB) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
O bildirib ki, AB sabit və təhlükəsiz Cənubi Qafqazın tərəfdarıdır:
“AB Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına tərəfdardır və bunun üçün səy göstərəcək”.
O, bu prosesdə AB Şurasının Prezidenti Şarl Mişelin və AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rolunu qeyd edib.
Səfir bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi hər zaman AB-nin gündəmindədir.