Bakı ilə İrəvan arasında bu barədə razılıq yoxdur

Bakı ilə İrəvan arasında bu barədə razılıq yoxdur

Ermənistanla Azərbaycan arasında bir-birinə qarşı beynəlxalq iddiaları geri götürmək barədə razılıq yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Müxtəlif variantlar müzakirə olunur. Təbii ki, variantlara ümumi mühitin gələcəkdə bir hissəsi kimi baxılmalıdır. Əgər bir tərəf bunu edirsə, o zaman digər tərəf də qarşılıq verməlidir. İddiaların geri götürülməsi ilə bağlı razılaşma yoxdur”, – o bildirib.

İddiaların geri götürülməsinin mümkünlüyü müzakirə olunursa, Ermənistanın Roma Əsasnaməsini nə üçün ratifikasiya etməsi ilə bağlı suala isə o, belə cavab verib:

“Ratifikasiya əlavə hüquqi təhlükəsizlik mexanizmini təmin edir”.

Teqlər: