Bakı ilə imzalanan bu sənəd əməkdaşlığı gücləndirəcək

Bakı ilə imzalanan bu sənəd əməkdaşlığı gücləndirəcək

Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək.

AzerTimes xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Ali nümayəndə məlumat verib ki, anlaşma memorandumu ilə 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz tədarükü iki dəfə artırılacaq.

O qeyd edib ki, görüşdə Azərbaycanla Aİ arasında gələcək dialoqun əsasını qoyacaq yeni sazişin imzalanması məsələsi də müzakirə olunub.

J.Borrell Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini də dəstəklədiyini bildirib.

Teqlər: