Bakı ilə danışıqlarında əldə edilən mühüm razılaşma budur

Bakı ilə danışıqlarında əldə edilən mühüm razılaşma budur

Azərbaycanla sülh danışıqları prosesində ciddi hadisələr baş verib.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Politiko” nəşrinə geniş müsahibəsində deyib.

O bildirib ki, qeydə alınan ən ciddi nəticə ölkələrin ərazi bütövlüyünün tanınmasıdır:

“Qarşılıqlı olaraq Azərbaycanın 86,6 min kv.km ərazisi və Ermənistanın 29,8 min kv.km ərazisinin tanınması sülh danışıqlarında təməl daşı sayıla bilər. Ancaq problem bundadır ki, bu razılaşmadan sonra mən bu sazişə sadiqliyimizi bir neçə dəfə təsdiqlədim (Azərbaycanın ərazi bütövlüyünün tanınması – red.), lakin Azərbaycanın bununla bağlı mövqeyi hələ tam aydın deyil”.

Paşinyan iddia edib ki, Laçın “dəhlizinin” bağlanması, Qarabağdakı humanitar böhranın davam etməsi sülh danışıqlarına mənfi təsir edir.

“Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması sülh müqaviləsinin imzalanması ilə şərtlənir, yoxsa bu, sülh müqaviləsinin imzalanması üçün şərtdir?” sualına Paşinyan belə cavab verib:

“Biz Azərbaycanla razılaşdıq ki, Ermənistan və Azərbaycan, artıq dediyim kimi, qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: 29,8 min kv.km və 86,6 min kv.km. Və bu razılaşmadan sonra mən İrəvanda mətbuat konfransı keçirəndə və jurnalist soruşanda ki, Azərbaycanın bu 86,6 min kvadrat kilometr ərazisinə Dağlıq Qarabağ ərazisi daxildirmi, mən cavab verdim ki, bəli, bura Dağlıq Qarabağ da daxildir. Amma onu da demək istəyirəm ki, bu, o demək deyil ki, biz Azərbaycana Dağlıq Qarabağ ermənilərini etnik təmizləməyə və ya soyqırıma məruz qoymaq üçün mandat vermişik. Məhz buna görə də bu sazişin tərkib hissəsi həm də Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələlərinin həlli mexanizmlərinin işlənib hazırlanması, xüsusən də Bakı ilə Xankəndi arasında etibarlı, substantiv dialoqun qurulmasıdır”.

Teqlər: