Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində keçirilmiş görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Danışıqlarda hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədilə onların daha da uyğunlaşdırılması istiqamətində iş görülür”, – A.Qriqoryan qeyd edib.