Bakı ilə bu müddətdə reqlament layihəsini hazırlayacağıq – İrəvan

Bakı ilə bu müddətdə reqlament layihəsini hazırlayacağıq – İrəvan

Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatında baş nazirin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası prosesindən danışarkən deyib.

“Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Biz bu işi başa çatdırandan sonra sənəd məzmunundan, nələrin təsvir olunacağından və hansı konsensusa nail olacağımızdan asılı olaraq çox güman ki, qanun layihəsi şəklində yayılacaq”, – o deyib.

Mülki Müqavilə Partiyasından olan deputat Sergey Baqratyanın demarkasiya və delimitasiya prosesi ilə bağlı sualı cavablandıran Qriqoryan deyib:

“Hesab edirəm ki, əgər biz öz prinsipial mövqelərimiz çərçivəsində qalsaq və layihə ətrafında işlər Almatı bəyannaməsi əsasında aparılarsa, sonra iki-üç ay ərzində reqlament layihəsini hazırlaya biləcəyik, burada da işin metodologiyası əks olunacaq. Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret olaraq nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq”.

Teqlər: