Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün keçirilməsi yaxında mümkündür.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Bizdə məlumat var ki, belə bir görüşün yaxın vaxtlarda keçirilməsi mümkündür. İndi məsələ müzakirə olunur”, – Qriqoryan bildirib.
Onun sözlərinə görə, Moskva və Brüsseldə Azərbaycanla 4 əsas məsələ müzakirə olunur:
“Bunlar humanitar məsələlərdir, burada əsas rolu əsirlərin qaytarılması, itkin düşənlər haqqında məlumatların toplanması oynayır. İkincisi, kommunikasiyaların açılması, sonra delimitasiya və demarkasiyadır. Eləcə də Qarabağ probleminin həllidir”.