Bakı ilə birbaşa danışıqlar da aparırıq – Papoyan

Bakı ilə birbaşa danışıqlar da aparırıq – Papoyan

Ermənistanın yurisdiksiyasında olan yolları verməyə hazırıq, bu marşrutlar bizim yurisdiksiyamızda olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan deyib.

“Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) məhz bundan bəhs edir, malların Avropadan Asiyaya – Ermənistan ərazisindən və əksinə, sərbəst hərəkət edə bilməsi haqqındadır. Hazırkı mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Burada yeni olan odur ki, biz deyirik: İranın Bakıya yol verdiyi şərtlərlə biz də Azərbaycana yol verə bilərik. İran da yolu qeyd etdiyim şərtlərlə təmin edir, yəni bura İranın yurisdiksiyasında olan ərazidir”, – o bildirib.

Azərbaycanın ikitərəfli formatda vasitəçisiz danışıqlar aparmaq təklifinə gəlincə, deputat qeyd edib ki, Ermənistan Bakı ilə həm birbaşa, həm də vasitəçilərlə danışıqlar aparır:

“Düşünürəm ki, mövqelərimizə hörmət edən və qəbul edən istənilən variant bizim üçün məqbuldur”.

Teqlər: