Azərbaycan İlahiyyat İnstitutunun yanında yeni yaradılan Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək.
AzerTimes xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda dini təhsil almaq üçün heç bir xarici ölkəyə getmək üçün ehtiyac qalmır: “Çünki ölkəmizdə kifayət qədər mükəmməl ali və orta dini təhsil verən təhsil ocağımız var. İlahiyyat İnstitutunda təhsil dövlət hesabınadır və məqsəd ölkədə din sahəsində kadr hazırlığını özümüzün həyata keçirməsidir”.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu iki ixtisas üzrə 60 tələbə qəbul edir.