Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin informasiya nazirlərinin növbəti iclasına sədrlik təklifi qəbul edilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İƏT informasiya nazirlərinin İstanbulda keçirilən XII konfransının yekununda çıxışı zamanı bildirib.
O bildirib ki, Azərbaycanın təklifi qəbul edilib və növbəti iclas qardaş ölkədə keçiriləcək.