Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
AzerTimes Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Fərmayıl Verdiyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 17-ci ölüm hadisəsidir.