Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır

Xəbər - Samir Əli – Trend:

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, bildirib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: ” Yol ikinci dərəcəli avtomobiı yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malil yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər “Zəfər yolu” istifadəyə veriləcək”.

Teqlər: