Xarici mühit Ermənistanın maraqlarını müdafiə etmək üçün vacibdir, lakin tək ona arxalana bilməzsiniz, çox şey hakimiyyətdə kimin olmasından asılıdır.
AzerTimes xəbər verir ki, bunu erməni müxalif deputat Artur Xaçatryan Azərbaycanla Ermənistan sülh müqaviləsinin xarici şərtlərdən nə dərəcədə asılı olduğunu şərh edərkən deyib.
“Qlobal oyunçuların maraqları balansından və ya ziddiyyətlərindən həm faydalanmaq, həm də zərər görmək olar. Azərbaycan bu mərkəzlərin heç biri ilə münaqişəyə girmədən həm Qərb, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağı bacarıb. İrəvan isə heç birindən geosiyasi mənfəət əldə etmədən ölkəni Moskva ilə kollektiv Qərb arasında qarşıdurma meydanına çevirib”, – o bildirib.