Bakı-Gəncə sürət qatarının bilet qiymətləri açıqlanıb

19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti
bərpa olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən
Trend
-ə verilən məlumata görə, qatarda 9-u birinci klass yeri,
62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367
oturacaq yer mövcuddur. 19 martdan etibarən Bakı-Gəncə istiqaməti
üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün
isə 33 manat səviyyəsində təyin olunub. Qeyd edək ki, hazırda
Bakı-Gəncə qatarında qidalanma xidməti göstərilmir.

Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha
ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.

“Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair
tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş
haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni
tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu
gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin
daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır”, – deyə
məlumatda qeyd olunub.

Teqlər: