Xəbər - Fərid Zöhrabov – Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi paytaxtın Səbail rayonunda yerləşən funikulyorun yol xəttinin inşaat konstruksiyaların möhkəmləndirilməsi və təmir-bərpa işləri üçün açıq tender elan edib.
Trend xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 16:40-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 16:35-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlərlər. Telefon: (012) 594-65-94.
Tenderin nəticəsi dekabrın 22, saat 16:40-da Portalda açıqlanacaq.