20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası ilə
Tacikistan Respublikası arasındakı diplomatik əlaqələrin 30 illiyi
münasibətilə Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə
həyata keçirilən Bakı Fotoqrafiya Evində “Tacikistan – dağ
zirvələri və qızıl göllər ölkəsidir” sərgisinin açılışı baş
tutdu.
AzerTimes xəbər verir ki,
sərginin açılış mərasimində “İçərişəhər” Muzey Mərkəzinin direktoru
Əminə Məlikova qonaqları salamlayaraq sərginin konsepsiyası
haqqında məlumat verdi.
Xüsusi qonaq qismində Tacikistan Respublikasının Azərbaycanda
fövqəladə və səlahiyyətli səfiri Rustam Soli çıxışında iki ölkə
arasında ədəbi-mədəni əlaqələrin əhəmiyyətini vurğuladı.
Açılış mərasimində məşhur fotoqraf Reza Deqati və Milli Məclisin
deputatı Aydın Mirzəzadə də çıxış etdilər.
Sərgi 25 aprel 2022-ci il tarixinə qədər davam edəcək.