Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bakı Fond Birjasında “Azərbaycan Supermarket” MMC-yə daxil olan “Bravo” marketlər şəbəkəsinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Trend-in məlumatına görə, üç il dövriyyə müddətini əhatə edən istiqrazların sayı 10 min, dəyəri isə 10 milyon manat təşkil edir. İstiqrazlar üzrə faiz dərəcəsi illik 10,5 faiz təşkil edir.
İstiqrazın nominal dəyəri min manata bərabərdir.
Qeyd olunub ki, “Bravo” supermarketi ilk dəfə öz istiqrazlarının fond birjasında yerləşdirilməsində iştirak edib. “Paşa Kapital” şirkəti “Bravo”ya istiqrazların yerləşdirilməsində anderraytinq xidmətləri göstərib.
(Tərcümə: Orxan Nəbiyev)