Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bakı Fond Birjası (BFB) azad edilmiş ərazilərin bərpası və rekonstruksiyası üçün “Yaşıl istiqrazlar” buraxmağa hazırdır.
Trend-in məlumatına görə, bunu BFB-nin idarə heyətinin sədri vəzifələrini icra edən Eldar Abdullayev “Bravo” supermarketlər şəbəkəsinin istiqrazlarının yerləşdirilməsinə həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, bu əməliyyat üçün qanunvericilik bazası hazırdır:
“Bizə bu məsələlərlə məşğul olacaq emitent lazımdır. Bununla bağlı bizə təkliflər daxil olarsa, məmnunluqla reallaşdırarıq”.
(Tərcümə: Orxan Nəbiyev)