Oktyabrın 8-i Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev bildirib ki, təxminən 800 film festivala təqdim olunub.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Münsiflər heyətinin xüsusi qeydi:
“Balam” filmi – Rejissor İra Bas/Rusiya;
Tammetrajlı film kateqoriyasında “Ən yaxşı təsvir rejissoru” – “Tənha insanın monoloqu” – Rejissor Emin Əfəndiyev. Təsvir rejissoru Daniel Quliyev;
Ən yaxşı ssenari – “Bazar günü” – Rejissor: Şakir Xolikov/Özbəkistan;
Ən yaxşı rejissor – “Rosinante” – Rejissor: Baran Gündüzalp;
Ən yaxşı tammetrajlı film – “Baurına salu” – Rejissor: Asxat Kuçinçirekov/Qazaxıstan.
Beynəlxalq müsabiqənin qısametrajlı filmlər kateqoriyasında qalibləri:
“Taksidermist” – Rejissorlar: Behzad Alavi və Süsən Salamat Çaqoşi/İran;
“Acqarına getməyək” – Rejissor Yigit Hepsev/Türkiyə;
Ən yaxşı animasiya – “Atamın məktubları” – Rejissor: Aleksey Yevstinqneyev/Fransa;
Ən yaxşı sənədli film – “Valeriya” – Rejissor Sara Yurinçik/Xorvatiya;
Ən yaxşı rejissor – “Çuxur” filmi – Rejissorlar: Kristian Bekə və Oliver Şvabe/Almaniya;
Ən yaxşı bədii film – “Demək olar tamamilə yanlışdır” – Rejissor: Cansu Baydar/Türkiyə.
“Asiya istedadları” müsabiqəsinin qalibləri:
Ən yaxşı film – “Fələstin adaları” – Rejissorlar: Nur Ben Selem və Jülyen Menantu;
Münsiflərin xüsusi mükafatı – “Bədən alverçisi” – Rejissor: Alireza Şakeri/İran.
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatları:
“Umeşin xronikası” – Rejissor Puca Kaul/Hindistan;
“Səsin arzusu” – Rejissor Şinyu Kan/Koreya.
Yerli müsabiqənin qalibləri:
“Qəfəs” filmi – Rejissorlar: Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev
Münsiflər heyətinin xüsusi mükafatı – “Baba haqqı” sənədli filmi – Rejissor: Nicat Qulam;
Ən yaxşı sənədli film – “Babamın evi” – Rejissor: Leylaxanım Qənbərli;
Ən yaxşı ssenari – “Şam bağı” – Rejissor: İlkin Umarov;
Ən yaxşı rejissor işi – Rejissor: Azər Quliyev, “Qırmızı planetin ikinci rəngi” filmi;
Ən yaxşı bədii film – “Quyu” – Rejissor: Rufat Ray.
Tədbirdə iki film nümayiş olunub.