Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları Ermənistansız asanlıqla həyata keçirilə bilər. Türkiyənin Acarıstandan keçməklə Gürcüstanla sərhədi var. Azərbaycanın Rusiya və İranla sərhədi var. Bunu Ermənistansız etmək tamamilə mümkündür.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.
“Budur, Ermənistan strateji əhəmiyyətli kəsişmələrdən uzaqda yerləşir. “Erməni qovşağı”nın piarı başlayıbsa, bu o deməkdir ki, İrəvan hakimiyyəti onların iştirakı olmadan regionda sərfəli kommunikasiyalar qurmaq və qlobal layihələri həyata keçirməyin mümkün olduğunu başa düşüb. Belə çıxır ki, Ermənistan heç kimə lazım deyil. İrəvan Qərbə Rusiyaya qarşı Cənubi Qafqazda sabitliyi pozmaq, Moskva üçün müdaxilə yaratmaq vasitəsidir. Və qonşuları üçün də. Vəssalam. Ermənistandan yan keçmək olar. Regionda baş verən qlobal geosiyasi dəyişikliklər fonunda dövlətlər qarşılıqlı əlaqələri gücləndirmək istədikdə Ermənistan ayrılır və regional “parça”ya çevrilir”.