Bakı erməni əsirləri yaxşı bəsləyib – Erməni nazir

Bakı erməni əsirləri yaxşı bəsləyib – Erməni nazir

Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib.

“Azərbaycandan Ermənistana qaytarılan əsirlər ilkin tibbi müayinədən keçirilib, hazırda onların tibb məntəqələrinə köçürülməsinə ehtiyac yoxdur”, – o bildirib.

Qeyd edək ki, Bakı və İrəvan ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini həyata keçirib. Öncədən əldə olunan razılaşmaya əsasən 2 azərbaycanlı əsirlə 32 erməni əsir dəyişdirilib.

Teqlər: