Bakının sülh müqaviləsi ilə bağlı təkliflərində Ermənistanın ərazi bütövlüyünün tanınmasına dair heç bir təminat yoxdur.
AzerTimes xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Kristin Vardanyan deyib.
O, bu sənəddə heç bir sülh istəyinin olmadığını vurğulayıb:
“Biz əldə etdiyi nailiyyətləri ratifikasiya olunmuş sənədlə möhkəmləndirmək istəyən tərəf görürük. Sənəddə Ermənistan üçün nailiyyət adlandırıla biləcək heç bir məqamı qeyd edə bilmərəm. Məsələn, Bakının Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən yük maşınlarının nəzarətdən keçməməsi ilə bağlı bəyanatını İrəvan üçün nailiyyət hesab etmək olmaz”.
Erməni deputat iddia edib ki, Ermənistan qoşunları onun “suveren ərazisində” yerləşən ölkə ilə sülh müqaviləsi bağlaya bilməz:
“Sülh müqaviləsində 29,8 min kv.km olan Ermənistan ərazisinin Azərbaycan tərəfindən tanınmasına dair heç nə yoxdur. Gördüyümüz sənədlərdə belə bir təminat görmədik. Bu müqavilə Ermənistan cəmiyyətinə “zəmanətlərlə konkretləşdirilmiş” kimi “satılır”, amma onun necə həyata keçiriləcəyi barədə heç nə yoxdur. 9/10 noyabr sənədindən daha etibarlı olacaq heç bir zəmanət də mövcud deyil”.