Bakı əməliyyatı başa çatdırıb, müzakirə lazım deyil!

Bakı əməliyyatı başa çatdırıb, müzakirə lazım deyil!

Azərbaycanın sərhəddə Ermənistanın təxribatına cavab olaraq keçirdiyi hərbi əməliyyat başa çatıb.

AzerTimes RİA-ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddən geri qayıdarkən mediaya açıqlamasında deyib.

O bildirib ki, bu barədə Prezident İlham Əliyevdən informasiya alıb:

“Əməliyyat artıq başa çatıb, ona görə onu müzakirə etməyə ehtiyac yoxdur. Cənab İlham Əliyevdən aldığım məlumata görə, indi azərbaycanlı qardaşlarımız təhlükəsiz mövqedədirlər”.

Ərdoğan qeyd edib ki, İrəvan Bakıya qarşı provokasiyadan imtina etməli və sülh və əməkdaşlıq naminə bundan öncə götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir.

Teqlər: