Bakı-Ələt yolunda ağır yol qəzası baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
Məlumata əsasən, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.
“Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var”, – deyə E.Hidayətoğlu bildirib.