Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib.
“Proses şəffaf deyil deyə biz bu və ya digər razılaşmalar barəsində bilmirik. Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq və biz bilmirik ki, o bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik.
Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzurun qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”, – o bildirib.