İqlim konfransının iştirakçıları 15 il ərzində tərpənməz qalan bəzi bəndləri olan Paris sazişlərinə qayıdıblar.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29-dan danışarkən deyib.
“Nəhayət ki, bütün ölkələr üçün harmonikləşdirilmiş karbon bazarlarına start verilib. Başqa məsələ budur ki, hər ölkə öz modelini inkişaf etdirir. Məcburi bazarın formalaşması üçün əsas yaranıb”, – Titov qeyd edib.
O bildirib ki, COP29 sammitində Azərbaycan karbon bazarlarını irəli aparan iki sazişin bağlanmasına nail olub.