“Bakı Bus”un Müşahidə Şurasının sədri dəyişdirildi

“Bakı Bus”un Müşahidə Şurasının sədri dəyişdirildi

Prezident İlham Əliyev “Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

AzerTimes sərəncamın mətnini təqdim edir:

“Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 259; 2022, № 5, maddə 534) birinci hissəsində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” sözləri “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin.

Teqlər: