“Bakı Bus” avtobusu “Prius”la toqquşdu, dava düşdü – Foto

“Bakı Bus” avtobusu “Prius”la toqquşdu, dava düşdü – Foto

Bir neçə dəqiqə öncə Xətai rayonu, Gəncə prospektində qəza baş verib.

AzerTimes xəbər verir ki, “Bakı Bus”a məxsus müntəzəm xətt marşrutu “Toyota Prius” markalı avtobusla toqquşub.

Qəza “ Toyota Prius” markalı sedanın sola manevr cəhdi və avtobusun sağ zolağa keçmə istəyi nəticəsində olub. Zərərçəkən olmasa da, avtomobilə və avtobusa ziyan dəyib.

Qəzadan sonra sürücülər əsəblərinə hakim ola bilməyiblər və olanları yaxınlıqda olan sakinlər sakitləşdirib.

YPX artıq hadisə baş verən ərazidədir.

Teqlər: