Bakı bunu bacardı: yalnız iki cani qalır…

Bakı bunu bacardı: yalnız iki cani qalır…

Azərbaycan demək olar ki, köhnə düşmənlərini tamamilə ələ keçirtdi. Tamamlanma üçün çatışmayan yeganə amil Sərkisyan və Köçəryandır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı ekspert Maksim Şevçenko deyib.

“İkinci Dünya müharibəsindən bəri düşmənə başçılıq edən bu qədər rəhbərlərin eyni vaxtda ələ keçirilərək müttəhimlər kürsüsündə oturduğu hadisəni xatırlamıram. Əlbəttə, Bakı bir milyona yaxın azərbaycanlının ölüm təhlükəsi ilə öz yurd-yuvasından didərgin salındığı 80-ci illərin sonu – 90-cı illərin əvvəllərindəki etnik təmizləmə ilə bağlı bütün həqiqəti üzə çıxaracaq böyük və ifşaedici prosesdən heç bir halda vaz keçməyəcək. Düşünürəm ki, Sumqayıt və Bakı hadisələri ilə bağlı həqiqəti bir daha öyrənəcəyik. Təəssüf ki, Qorbaçov və Yeltsini ifadə verməyə sürükləmək olmaz. Qərb dünyası müstəmləkə və fəth müharibələrində əsir götürdüyü insanları mühakimə etməyə öyrəşib. İlk dəfə müttəhimlər kürsüsündə onun etnosiyasi avanqardı olacaq. Rusiya təbliğatı Paşinyanı buna görə günahlandırır, amma sakit oxucu sual verir: “Rusiya niyə “artsax layihəsi” üçün Azərbaycanla vuruşmalı idi?” – o bildirib.

Teqlər: