Nikol Paşinyanın əlində atom silahı olsa da, müharibədə məğlub olacağıq.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov deyib.
“Sensasiya! Fransa, Hindistan Ermənistana silah satmağa hazırdır. Sadəlövhlər! Məğlubiyyətimizin səbəbi silah çatışmazlığı deyil. O qədər silah-sursatımız var idi ki, Bakıdakı qələbə paradında 40 dəqiqə nümayiş edildi. Əliyevə 4-5 milyard dollarlıq silah verildi (qənimət götürülən silahlar nəzərdə tutulur – red.). “Artsax”ın o qədər silahı var idi ki, Əliyev 2 ay ərzində ermənilərin bu qədər silahı haradan aldığını düşündü.
Məğlubiyyətimizin səbəbi səhlənkar, nadan, populist və demaqoq idarəçilik”, – Şarmazanov bildirib.
O qeyd edib ki, “nikolasizm” millətimizin rüsvayçı fəlakətinə səbəb oldu:
“Mənə inan: Ermənistanda Nikolun başçılıq etdiyi hökumətdə atom silahı belə olsa, biz uduzacağıq, çünki o silah Nikol və onun dəstəsinin əlində “Troya atı”na çevriləcək”.