Bakı bunları qəbul etməsə, saziş imzalana bilməz

Bakı bunları qəbul etməsə, saziş imzalana bilməz

Biz Azərbaycandan və bu danışıqlar prosesindən gözləyirik ki, Ermənistan tərəfinin düzəltməkdə davam etdiyi razılaşmalar son nəticədə Azərbaycan tərəfindən qəbul olunacaq və onları qəbul etdiklərini açıq şəkildə bəyan edəcəklər. Əgər onlar qəbul edilmirsə, bu o deməkdir ki, hazırda müqavilə imzalana bilməz.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə daimi komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Ermənistan bu prinsipləri müdafiə etməyə israr edəcək. İrəvanın bu yaxınlarda Bakıya göndərdiyi müqavilənin son variantında yenə bizim üçün çox vacib olan müddəalar var”, – Xandanyan bildirib.

Xandanyan Ermənistan tərəfi üçün vacib olan prinsipləri – yurisdiksiya, qanunvericilik, qarşılıqlılıq və ölkələrin bərabərliyi prinsiplərini bir daha xatırladıb:

“Bu prinsiplər müqavilədə öz əksini tapmalıdır, bu barədə ötən ilin iyulunda razılıq əldə olunub. Bundan sonra bizim dəhliz məntiqi çərçivəsində danışmaq sadəcə olaraq qəbuledilməzdir. Ermənistanın qanunvericiliyinə və yurisdiksiyasına uyğun olaraq yolların blokdan çıxarılmasının vacibliyi qeyd edilirsə, bu o deməkdir ki, Ermənistan ərazisində təhlükəsizlik respublikanın müvafiq orqanları tərəfindən təmin edilməlidir. Amma bu parametrlər razılaşdırılmalı və müzakirə edilməlidir. Biz gözləyirik ki, Azərbaycan öz razılığını təsdiqləyəcək və bundan sonra bu parametrləri işlək şəkildə müzakirə etmək mümkün olacaq”.

O vurğulayıb ki, digər əsas prinsip bir-birinin ərazi bütövlüyünün tanınmasıdır:

“Ərazi bütövlüyünü Ermənistanın indiyədək Azərbaycandan eşitməyib. Bizim sülh müqaviləsi variantımızda ifadə olunan prinsiplər Azərbaycan üçün məqbul olanda, o zaman sülh müqaviləsini imzalamaq mümkün olacaq və bu prinsiplərdən biri də ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasıdır”.

Teqlər: