Bakı bu təşəbbüsümüzü ironiya ilə qarşıladı – İrəvan

Bakı bu təşəbbüsümüzü ironiya ilə qarşıladı – İrəvan

Ermənistan etimad tədbiri kimi sərəncamında olan bütün minalanmış xəritələri “Qarabağ rəsmiləri”ndən alaraq Azərbaycana təhvil verib.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın yeni mina sahəsi xəritələrinin ötürülməsi ilə bağlı bəyanatına cavabında bildirib.

“Ermənistan humanitar prinsipləri rəhbər tutaraq, bu yaxınlarda Qarabağın “keçmiş məmurları” ilə müsahibə apararaq, minalanmış ərazilərin yeni xəritələrini hazırlayıb. Təəssüf ki, bu təşəbbüs Azərbaycan tərəfindən dərhal mənfi və ironiya ilə, təkziblə qarşılandı. Ermənistanın ölkələr arasında etimadın yaradılması səyləri və Ermənistanın müsbət addımına mənfi reaksiya verildi”, – açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamasında İrəvanın mümkün minalarla bağlı yeni məlumatların Bakıya ötürülməsini istisna edilmədiyini bəyan edib.

Öz növbəsində, Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda Azərbaycan tərəfinə yeni məlumatların ötürüldüyünü açıqlayıb.

Azərbaycan XİN-in bəyanatında Ermənistanın beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyini, təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğunu, real vəziyyəti əks etdirmədiyini bildirilib. Bu xəritələrdə Qarabağ ərazisində guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktının mövcudluğu vurğulanıb.

Teqlər: