Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaqdan çox uzaqdır.
AzerTimes xəbər verir ki, bu sözləri MDB-nin baş katibi Sergey Lebedev deyib.
O, MDB ölkələrinin qarşılıqlı ticarətin intensivləşdirilməsi istiqamətində addımlar atmasını vacib sayır.
Lebedev xatırladıb ki, Ali Avrasiya İqtisadi Şurasının iclasında (25 mayda Moskvada keçirilib – red.) ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və o, Bakının Avrasiya İttifaqı ilə münasibətləri intensivləşdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Aİİ-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.