Azərbaycanda ən yaxşı özəl beynəlxalq məktəblərdən olan Bakı Britaniya Məktəbi (British School in Baku) iyunun 25-də BSB 2021 diplomların təqdimetmə mərasimini keçirib.
14 il əvvəl təsis edilmiş Bakı Britaniya Məktəbi bu günü 33 məzun və onların valideynləri ilə qeyd edib.
Fəxri qonaqlar arasında Bakı Britaniya Məktəbi İdarəçilər Şurasının sədri Əhməd Vəliyev, Britaniya Şurasının direktor müavini Nigar Baimova, Türkiyənin Azərbaycandakı səfirliyinin tədris məsələləri üzrə müşaviri Nihat Büyükbaş, Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim, İraqın Azərbaycandakı səfirliyinin birinci katibi Hüdeyfə Ziyad Mahmud, NCUK-in Azərbaycandakı ofisinin icraçı direktoru Bəsti Ağarzayeva yer alıb.
Tədbir ölkəmizidəki özəl Britaniya məktəbləri üçün ənənəvi olaraq Azərbaycan və Böüyk Britaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Dövlət himnlərini Ziya Xaliqovun rəhbərliyi altında Milli orkestrin müşayiəti ilə BSB-nin musiqi müəllimi Səkinə Məmmədovanın rəhbərliyi altında BSB ibtidai məktəbinin şagirdlər xoru ifa edib.
Bakı Britaniya Məktəbinin icraçı direktoru Samir Vəliyev çıxış edərək məzunlarl təbrik edib. və onlara gələcək işlərində uğurlar arzulayıb. O, uzun illər ərzində göstərilən birgə səylərə görə və əldə olunan nəticələrə görə, məzunlara, onların valideynlərinə və müəllimlərə təşəkkürünü bildirib:
“Biz, bir məktəb olaraq onlara dünyada ən yaxşı hesab olunan ali Britaniya təhsili vermək üçün əlimizdən gələni etdik. Bununla yanaşı, onlara vətəndaşlıq borcu, vətənpərvərlik və Vətənə sədaqət hisslərini aşılaya bildik. Bu gün Azərbaycanda formlaşan nəsil sayəsində biz işğal edilmiş əraziləri Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsi zamanı azad edə bildik”.
S.Vəliyev öz çıxışında Bakı Britaniya MəktəbininCOVID-19 pandemiyası ilə bağlı böhran zamanı üzləşdiyi problemlərə də toxunub:
“Biz məktəbdə yeni onlayn tədris strategiyalarını uğurla tətbiq etdik. Biz Təhsil Nazirliyinin təlimatların effektiv icra etdik və uşaqlarımızın inkişafı üşün zəruri olan rəhbər prinsiplərin, təlimatların, dərs planlarının, video və digər resursların ən yüksək səviyyədə əlçatanlığınını təmin olunması üçün yeni onlayn alətlərin tətbiqi üzrə tədbirlər gördük. Britaniya özəl məktəbi olaraq biz ən yaxşı təhsil səviyyəsini və şagirdlərlə müəllimlər arasında əməkdaşlığı təşviq edirik. Mən əminəm ki, məktəb illərində əldə olunmuş biliklər uşaqlarımıza həyada layiqli yerlərini tutmağa və ölkəmiz üçün faydalı vətəndaş olmağa kömək edəcək. Bakı Britaniya Məktəbinin 2007-ci ildə təsis olunmasından sonra əsas məqsədi Azərbaycanda təhsilin səviyyəsini yaxşılaşdırmaq, beynəlxalq standartlara cavab vermək və eyni zamanda uşaqları vətənpərvər mühitdə tərbiyələndirmək olub. Bu, ölkəmizin gələcək inkişaf amilidir”.
N.Baimova çıxış edərək bildirib ki, buraxılış imtahanı hər zaman xüsusi hadisədir, həm tələbələr, həm də müəllim və valideynlər üçün çoxillik gərgin işin kulminasiyasıdır. O vurğulayıb ki, təhsil bilik gətirən, inamı artıran və sədləri dağıdan ən böyük qüvvədir. Onun sözlərinə görə, Bakı Britaniya Məktəbində təhsil alanların bəxti gətirib, çünki onlar yaxşı təhsil alıb, dünyanın bir çox yerində vacib dilə çevrilmiş ingilis dilində sərbəst danışır:
“Britaniya Şurası olaraq əsas missiyamız bütün dünyada insanlar arasında fikir və bilik mübadiləsi vasitəsilə əməkdaşlığı inkişaf etdirmək və Böyük Britaniyaya etimadı yüksəltməkdir. Biz ingilis dili, təhsil, elm, idarəçilik və incəsənət sferalarında işləyərək öz məqsədlərimizə çatırıq. Biz həm də Bakı Britaniya Məktəbi ilə sıx əməkdaşlıq edirik. Bizim üçün ingilis dilinin tədrisi və öyrənilməsini təkmilləşdirmək və azərbaycanlıları çün tədris və iqtisadi imkanları dəstəkləmək və bununla yanaşı Böyük Britaniya ilə daha sıx əməkdaşlıqğı inkişaf etdirmək vacibdir.
Ötən il həm Böyük Britaniya, həm də Azərbaycan üçün xüsusilə çətin olub. Bütün dünya COVID-19 pandemiyası ilə mübarizədə birləşdi. Amma problemlərə baxmayaraq Bakı Britaniya Məktəbi onlayn tədris tez uyğunlaşa bildir. Siz təhsilli, yaradıcı, yenilikçi, gənc insanlarsınız, gələcək sizdən asılıdır. Heç vaxt iqtisadiyyatı həvəsləndirməyə və iqlim dəyişikliyi, inklüziv cəmiyyətin yaradılması problemləri həll etməyə kömək edə bilən dünyanı yaxşıya doğrua dəyişə biləcək innovativ, bilikli gənclərə bu günkü qədər tələbat olmayıb.
Britaniya Şurası olaraq biz, hər zaman sizi dəstəkləmək, Azərbaycanda gənclər üçün yeni imkanlar yaratmaq buradayıq. Qoy aldığınız biliklər sizin işlərinizdə uğur gətirsin. Sizinlə gələcəkdə də müxtəlif layihələr çərçivəsində əməkdaşlığa ümid edirəm. Sizi qarşıda maraqlı və imkanlarla dolu yol gözləyir! Sadəcə fəal olun, həvəsli olun, dəyişikliklərə və imkanlara açıq olun. Sizə parlaq gələcək və yaradacağınız daha yaxşı dünya arzulayıram”.
Türkiyənin Azərbaycandakı səfirliyinin tədris məsələləri üzrə müşaviri Nihat Büyükbaş və Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim də tədbirdə çıxış edib.
Bakı Britaniya Məktəbinin məzunları (Əjdər İsmayılov və Nəcimə Cəfərli) və alumniləri (Jalə Mehdiyeva və Əsma Cəfərova) xatirələri ilıə bölüşüb və Bakı Britaniya Məktəbində təhsil almaqları ilə fəxr etdiklərini deyib. Onlar müəllimlərə yorulmaz əməyinə görə təşəkkür edib və sinif yoldaşlarını təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbir tələbələrin mahnı və rəqsləri ilə davam edib.
Daha sonra məzunlara diplomların təqdim olunması mərasimi keçirild. Diplomları Bakı Britaniya Məktəbi İdarəçilər Şurasının sədri Əhməd Vəliyev, Britaniya Şurasının direktor müavini Nigar Baimova, Türkiyənin Azərbaycandakı səfirliyinin tədris məsələləri üzrə müşaviri Nihat Büyükbaş, Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim təqdim edib.
Qeyd olunub ki, hər zaman olduğu kimi BSB bütün müvəffəqiyyətli tələbələrini ən yaxşı universitetlərə keçirib.
Məlumatı Bakı Britaniya Məktəbinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Qafarlı təqdim edib.
(Tərcümə: Orxan Nəbiyev)