Bakı rəsmiləri Tehrana bildiriblər ki, onlar Ermənistana hərbi müdaxilə etmək niyyətində deyillər.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.
“Biz həm Azərbaycan, həm də Ermənistanın hakimiyyət orqanları ilə əlaqə saxlayırıq və İrəvan Bakı tərəfindən yeni hərbi münaqişənin baş verməsi ehtimalından narahatlığını bildirib. Amma rəsmi Bakı İranı əmin etdi ki, hücum etmək niyyətində deyillər, sadəcə dağlıq ərazilərdə gediş-gəliş getdikcə çətinləşdiyi üçün son yerdəyişmələr qış ərəfəsində adi hərbi aksiyadır.
Tehran şimal qonşuları ilə ümumi sərhədlərinin təhlükəsizliyinə ciddi yanaşır, ölkənin sərhədlərinin təhlükəsiz olduğuna əmindir və Qafqazdakı hadisələri diqqətlə izləməkdə davam edir”, – Kənani bildirib.