Bakı bizə səhvimizi göstərdi – Mirzoyandan etiraf

Bakı bizə səhvimizi göstərdi – Mirzoyandan etiraf

Həm Azərbaycan, həm də Ermənistan sülh prosesi çərçivəsində iki ölkənin konstitusiyasında gördükləri hüquqi problemləri bir-birilərinə təqdim etdilər.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Azərbaycan bizim konstitusiyamızda gördüyü problemləri dedi, biz də həmçinin onlara bildirdik. Qanunvericilikdəki dəyişiklikləri müzakirə etdik, qısa müddətdə komissiya yaradıldı.

Konstitusiyanın daha çox daxili idarə sistemində əhəmiyyəti var, lakin xarici siyasətdə də vacibliyi danılmazdır. Ümumiyyətlə, ölkəmizdə konstitusiya dəyişikliyinin əsas səbəbinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olduğunu demək doğru deyil. Bu fikrə qatılmıram”, – deyən Mirzoyan bildirib.

Qeyd edək ki, Ermənistan hökumətinin Konstitusiyadan qonşulara ərazi iddialarını əks etdirən maddələri çıxarmaq istədiyi bildirilir.

Teqlər: