Bakı bizdən yalnız bunu tələb edir – Arutyunyan

Bakı bizdən yalnız bunu tələb edir – Arutyunyan

Bakı yalnız inteqrasiya prosesləri ilə bağlı danışıqlar aparmağa razıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan deyib.

O bildirib ki, danışıqların başqa formada aparılması mümkünsüzdür:

“İki il cəhd etdim, amma Bakı yalnız inteqrasiya proseslərini müzakirə edir. Bunu nəinki bizə deyirlər, BMT-də də deyirlər, dünən də, bu gün də – Blinken-Mirzoyan-Bayramov görüşündə də deyilib. Azərbaycan bizə deyir ki, birinci məsələ “müdafiə ordusunun” (Xankəndidəki qanunsuz silahlı dəstələr-red.) buraxılmasıdır. Sonra “dövlət idarəetmə sistemi” ləğv edilməlidir. Başqa formada danışıqlar nəticə vermir”.

Teqlər: