Bakı bizdən bunu tələb edir – Paşinyan

Bakı bizdən bunu tələb edir – Paşinyan

12:10

Azərbaycanın mövqeyi bundan ibarətdir: onlar (rəsmi Bakı – red.) deyirlər ki, Qarabağ məsələsini Ermənistanla daha müzakirə etmək istəmirlər. Bakı Qarabağ münaqişəsini həll edilmiş sayır və ya ən uzağı, öz daxili məsələsi hesab edir.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, rəsmi Bakı Ermənistanın Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etməsini gözləyir.

Paşinyan qeyd edib ki, Azərbaycan delimitasiya və demarkasiya prosesi kontekstində Ermənistana qeyri-qanuni olaraq verilmiş müəyyən ərazilərlə bağlı məsələ qaldırmağa hazırlaşır:

“Bəzən onlar Nüvədi kəndindən (Azərbaycanla Naxçıvan arasında, Qərbi Zəngəzurda yerləşən məşhur kənd – red.) başlayır, Zəngəzur vilayətindən danışır və İrəvanda bitirirlər. Əgər bütün bunlar sadəcə bəyanat olsaydı, ümumiyyətlə, danışmağa ehtiyac olmazdı. Amma bütün faktlar, o cümlədən diplomatik müzakirələr göstərir ki, bu, Azərbaycanın ardıcıl siyasətidir”.

Teqlər: