Bakı Banklararsı Valyuta Birjası ləğv edildi

Bakı Banklararsı Valyuta Birjası ləğv edildi

“Bakı Banklararsı Valyuta Birjası” QTSC ləğv olunduğunu elan edib.

AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Bakı Banklararası Valyuta Birjası vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin iyun ayında dayandırılıb. Bu səbəbdən banklar arasında bu proses açıq bazar seqmentində həyata keçirilirdi.

Xatırlafaq ki, Bakı Banklararsı Valyuta Birjası 1993-cü ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Fərhad Fikrət oğlu Əmirbəyovdur.

Teqlər: