Bakı Avropanın Rusiyadan asılılığını azaldacaq – ABŞ

Bakı Avropanın Rusiyadan asılılığını azaldacaq – ABŞ

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya təchizatından asılılığını azaltmağa kömək edəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

“Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan həddən artıq asılı olan bütün ölkələr başqa mənbələr (təchizat – red) axtarırlar. Və bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Və düşünürəm ki, çox mühüm rol oynamağa davam edir”, – o deyib.

“Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə etdik”, – Donfrid vurğulayıb.

Teqlər: