Bakı futbol üzrə Avropa çempionatının keçiriləcəyi şəhərlər arasında populyarlığına görə ilk üçlükdə yer alıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın “TurStat” portalı bildirib.
Qeyd olunur ki, turistlər arasında populyarlığına görə ilk üç sırada Sankt-Peterburq və Budapeşt yerləşib.
Sankt-Peterburda Avropa çempionatının 7, Bakı və Budapeştdə isə 4 matçı keçiriləcək.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində təşkil olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)