Soçi görüşünün nəticəsi aralıq xarakteri daşıyır, ancaq görüşün özü Nikol Paşinyanın davranışını və onun Fransa, ABŞ, AB altına uzanma istəyini korrektə etmək, ona Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vasitəçi olaraq regionun təhlükəsizliyinin təmini baxımından əsas ölkənin kim olduğunu xatırlatmaq idi.
AzerTimes xəbər verir ki, bu sözləri Soçi görüşünün nəticələri haqda danışan rusiyalı ekspert İqor Korotçenko deyib.
O bildirib ki, Soçidə imzalanan bəyanatda Qarabağ adı və “status” barədə bir söz də yoxdur:
“Soçi bəyanatında üçtərəfli bəyanatda əksini tapan və ona əsaslanan ifadələrdən istifadə olundu. Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqləndi və Ermənistan tərəfinin buna qarşı çıxmaq cəhdləri nəticəsiz qaldı. Ancaq rahatlanmaq olmaz: Paşinyan “bir neçə stulda oturmaq” siyasətini davam etdirir”.
O qeyd edib ki, Paşinyan Soçidən dərhal sonra İrana gedib:
“Digər tərəfdən, Ermənistanın regiondakı situasiyanı və burda baş verənləri diqqətlə izləyən qərbli dostları heç yerə getməyib. Ona görə də çətin, çoxmövqeli şahmat oyunu davam edir, nəticələr qarşıda olacaq. Əsas nəticə isə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanması olmalıdır”.