Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib

Bakı Ali Neft Məktəbinin (BANM) 16 komandası Türkiyənin ən böyük
aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də final
mərhələsinə yüksəlib. BANM təmsilçiləri 8 müsabiqə üzrə finala
çıxıblar.

“Yaşıl texnologiyalar” müsabiqəsi üzrə 8 komanda, “Aqrar
texnologiyalar” üzrə 2 komanda, “Bakuskills” üzrə 1 komanda,
“Robototexnika” üzrə 1 komanda, “Sosial yönümlü texnologiyalar”
üzrə 1 komanda, “Pilotsuz uçuş aparatları” üzrə 1 komanda, “Cansat”
üzrə 1 komanda, “Planer” üzrə 1 komanda “Teknofest”in final
mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, BANM-in “Həkəri” komandası “Aqrar texnologiyalar”
və “Sosial yönümlü texnologiyalar” üzrə, “Oğuz” komandası isə
“Robotexnika” və “Planer” üzrə 2 müsabiqədə finala vəsiqə
qazanıb.

“Yaşıl texnologiyalar” üzrə final mərhələsinə yüksələn 10
komandadan 8-i BANM-i təmsil edir. Bu göstərici ali məktəblər
arasında yalnız BANM-ə aiddir.

Final mərhələsinə yüksələn komandalar bunlardır:

“Yaşıl texnologiyalar” üzrə – “Murov”, “Xudayar”, “Atəşgah”,
“Gülüstan”, “Xəzri”, “Turan”, “Topxana”, “Qızılağac”

“Aqrar texnologiyalar” üzrə – “Həkəri”, “Xəmsə”
“Bakuskills” üzrə – “Şuşa qalası”
“Robototexnika” üzrə – “Oğuz”
“Sosial yönümlü texnologiyalar” üzrə – “Həkəri”
“Pilotsuz uçuş aparatları” üzrə – “Murov qartalları”
“Cansat” üzrə – “İstiqlal”
“Planer” üzrə – “Oğuz”

Xatırladaq ki, Bakıda keçirilən “Teknofest” festivalı “Türkiyə
Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və
Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il
təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya
Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi
iki ölkə arasındakı dostluq, qardaşlıq və və strateji müttəfiqlik
əlaqələrinin növbəti təzahürüdür.

Teqlər: