Paytaxtımız gimnastikanın daha bir növü üzrə beynəlxalq yarışa
ev sahibliyi etməyə hazırlaşır.
Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a bildirilib ki, martın 10-13-də Milli
Gimnastika Arenasında gimnastikanın ən maraqlı və həyəcanlı
növlərindən biri olan akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə
olaraq dünya çempionatı keçiriləcək.
Qeydiyyat siyahısına əsasən yarışlarda 21 ölkədən 190 gimnastın
iştirakı gözlənilir.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov
və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcəklər.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin
qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının
gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli
mübarizə aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edib.