Artan sərnişin tələbatı nəzərə alınaraq ilin sonunadək Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonları əlavə reyslər təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, əlavə reyslər noyabrın 17-dən etibarən fəaliyyətə başlayacaq.
Belə ki, hər həftənin cümə və şənbə günlərində Bakıdan 23:55-də yola düşən qatar 06:20-də Ağstafaya çatacaq. Şənbə və bazar günlərində 08:30-da Ağstafadan yola düşən qatar isə 14:55-də Bakıya çatacaq.
Qatarın, həmçinin, Ucar stansiyasında da dayanacağı qeyd edilib.