Bakı aeroportunun sərnişin dövriyyəsi artdı

Bakı aeroportunun sərnişin dövriyyəsi artdı

Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin 9 ayında 4,3 milyonu ötüb.

AzerTimes xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirib ki, 2023-cü ilin əvvəlindən aeroport sərnişin dövriyyəsində sabit artım nümayiş etdirir:

“Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6%-i xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2 milyon 214 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsi isə Azərbaycan Hava Yolları QSC (AZAL) vasitəsilə həyata keçirilib. Bu dövrdə AZAL 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfərə isə Naxçıvan istiqamətində xidmət göstərib”.

Həmçinin qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 37 aviaşirkət 70 yaxın istiqamətdə müntəzəm uçuşlar yerinə yetirib. Onlardan 18-i aşağı büdcəli aviadaşıyıcıdır.

Teqlər: